Yük gəmisi ilə tanker toqquşub…

Sarı dənizdə “Sa Justice” yük gəmisi ilə təxminən 1 milyon barel neft daşıyan “A Symphony” tankeri toqquşub.

Müstəqil.Az  xəbər verir ki, toqquşma zamanı tankerdəki neftin bir hissəsi Çinin Şandonq əyalətindəki Qinqdao Limanı yaxınlığında dənizə tökülüb. Hadisə nəticəsində ölən və zərərçəkən olmayıb.

Neft sızmasını nəzarətə almaq və sızıntıdan təsirlənmiş ərazilərin təmizlənməsi üçün əraziyə heyyət göndərilib.

Eyni zamanda, əraziyə 10 mildən (18,5 kilometr) çox yaxınlaşmamaların qadağan olunması barədə digər gəmilərə xəbərdarlıq edilib.

Müstəqil.Az 

mənbə:”Seanews.az”

Share: