Qazaxıstanın Türkiyədəki konsulluğunun maşını qəzaya uğradı

Türkiyənin İzmit şəhərində Qazaxıstan konsulluğuna məxsus xidməti avtomobil qəzaya uğrayıb.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirir ki, hadisə Şimali Mərmərə avtomagistralında baş verib.

Məlumata görə, İstanbul istiqamətində hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib. Qəza nəticəsində 3 nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az 

Share: