Türkiyə Ordusu İraqda PKK-ya ağır zərbə vurdu

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində PKK qruplaşmasının daha 3 üzvü məhv edilib.

Müstəqil.Az  bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları nəticəsində zərərsizləşdirilən PKK terrorçularının sayı 37-yə çatıb”, – məlumatda bildirilib.

Qeyd edək ki, “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları aprelin 24-də başlayıb.

Müstəqil.Az 

Share: