Şəhid məzarında bülbül yuvası – FOTO

Sosial şəbəkələrdə bir şəhidin məzarından çəkilmiş fotoların yayınlanması izləyiciləri kövrəldib.

Müstəqil.Az xəbər verir ki, şəhid Münasib Mübarizov 2000-ci il 14 may tarixində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş Münasib Şuşa istiqamətində gedən döyüşlərdə qələbəyə 2 gün qalmış şəhid olub.

Şəhidimiz doğulduğu kənd qəbristanlığında uyuyur . Bu günlərdə onun məzarını ziyarət edən yaxınları təsirli bir səhnəyə şahid olublar. Belə ki, bir bülbül məzarın üzərində düzəldilmiş güldanın içərisində yuva qurub və 5 yumurta qoyub.Yaxınları bildirib ki, onlar orada olan zaman quş ağaca qonub. Ziyarətçilər qayıdanda isə bülbül öz yuvasına qayıdıb. Bu görüntülər qarşısında izləyicilər duyğulu anlar yaşayıblar və kövrək hisslərini şərhlərdə qeyd ediblər. /Modern.az/

Share: