Ro-Ro tipli ilk hibrid gəmi suya salınıb

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, “Finneco I” adlanan yeni gəmi sözügedən şirkətin sifariş etdiyi üç gəmidən birincisidir.

Cari ilin sonunda istismara veriləcək gəmi Biskay körfəzi – Şimal dənizi – Baltik dənizi marşrutu üzrə hərəkət edəcək.  Yeni üzən vasitənin uzunluğu 238, eni 34 metr, dedveyti 17.4 min tondur.

Eyni seriyadan olan digər iki gəmi isə 2022-ci ildə təhvil veriləcək.

Məlumata görə, şirkətin sifariş etdiyi gəmilərin ümumi dəyəri 500 milyon avroya bərabərdir.

Müstəqil.Az

Share: