Baloğlan Əşrəfov vəfat etdi

Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə əməkdar artistin dostu, şair Şərafəddin İlkin məlumat yayıb.

“Həyatımın ən ağrılı, ən üzücü günü. Üstümdə böyük haqqı olan, ustadım, ürək dostum Baloğlan Əşrəfov əbədi olaraq gözlərini yumdu. Dünyam tamam dağıldı. Çox üzgünəm, çox…”

Xatırladaq ki, Baloğlan Şərəfov  69 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Müstəqil.Az

Share: