Rusiyadan ŞOK ADDIM

“Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən olan 1 milyondan çox qeyri-qanuni immiqrantı ölkədən çıxarmağı planlaşdırır”.

Müstəqil.Az  xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.

MDB Parlamentlərarası Toplantıda çıxış edən Qorovoy deyib ki, Rusiya torpaqlarında yaşayan qeyri-qanuni çox vətəndaş var:

“Ölkə prezidenti Vladimir Putinin fərmanına görə, bu adamlara 15 iyuna qədər Rusiyanı tərk etmələri xahiş olunur. Əks təqdirdə, ölkəxarici edilmə və Rusiyaya girişlərinin qadağan olunması ilə cəzalanacaqlar”.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə qeyri-qanuni yaşayan, MDB-dən immiqrantların 332 mini Özbəkistan, 247 mini Tacikistan, 152 mini Ukrayna, 120 mini Azərbaycan, 115 mini Qırğızıstan, 61 mini Ermənistan, 56 mini Moldova və 49 mini Qazaxıstan vətəndaşıdır.

Müstəqil.Az 

Share: