Ötən il Azərbaycandan 654 nəfər deportasiya olunub

Ötən il ölkədə olma və yaşama qaydalarını pozan 6377 əcnəbi müəyyənləşdirilib.

Müstəqil.Az bildirir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bildirilib.

Qeyd olunub ki, 654 nəfər ölkədən deportasiya olunub.

Müstəqil.Az 

Share: