Şəhid Əliheydər Hüseynlinin xatirəsinə həsr olunan kitab təhsil ocaqlarına təqdim olundu – FOTO

Ağstafa şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr olunan kitab Təhsil ocaqlarına təqdim olundu. 13 aprel tarixində şairə Esmira Günəş Ağstafanın Qırılı kəndinin şəhidi Əliheydər Hüseynlinin xatirəsinə həsr etdiyi “Oğul düşmən çəpəridir” kitabları ilə birlikdə şəhidin ailəsini ziyarət etdi.

Şairə xanım 14 apreldə ad günü olacaq şəhidimizin ailəsiylə həmsöhbət olduqdan sonra  şəhidimizin təhsil aldığı Ağstafa rayonunda fəaliyyət göstərən Texniki Təmayüllü Liseyə üz tutdu. Kitabdan liseyin kitabxanası üçün hədiyyə verdikdən sonra şəhidimizin bacıları ilə birlikdə Ağstafa rayon Təhsil Şöbəsinə yola düşdülər. Təhsil şöbəsində şəxsən Mədət Zeynalov şəhidin ailəsini və şairə Esmira Günəşi böyük hörmətlə qarşıladı. Rəhbərliklə görüşdən sonra şair-publisist AYB və AJB-nin üzvü Əli Cəfəroğlu qonaqları qəbul etdi.

Şairə Esmira Günəş Əli müəllim üçün də imzalı kitab verdikdən sonra şəhidimizin ilk təhsil ocağı S.Əliyev adına Qırılı kənd tam orta məktəbində qonaq oldu. Məktəbin direktoru Gültəkin İsmayılova şairəni qarşılayaraq məktəbin şəhidləri ilə bağlı geniş məlumat verdi. Onlar birlikdə Əliheydərin sinifində olub xatirələrini təkrar yada saldılar. Məktəbin dəhlizində birinci Qarabağ savaşının şəhidləri ilə yanaşı həm də ikinci Qarabağ savaşında olan məktəbin beş məzun şəhidinin də şəkli ayrıca divardan asılmışdı. Gültəkin müəllimənin şəhidlərimizə olan diqqəti, məktəbdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi şairənin gözündən yayınmadı. Onu da qeyd edək ki, Təhsil şöbəsinin rəhbərliyi Mədət Zeynalov və Qırılı kənd tam orta məktəbinin direktoru Gültəkin müəllimə kitabla bağlı xoş sözlərini dilə gətirərək, ən qısa zamanda təqdimatların onlayn təşkil olunacağını, şəhidimizin bütün təhsil ocaqlarında tanıdılacağını bildirdilər. Sonda kitabın müəllifi və şəhidimizin ailəsi şəhidimizə dəyər verən hər kəsə təşəkkürünü bildirdi. “Oğul düşmən çəpəridir!” Kitabı Ağstafanın təhsil ocaqlarında yer aldı.

İngilizce bilmeyen bir çok insan Türkçe alt yazılı porno film izlemek istiyor. Kaliteli brazzers porno videoları türkçe alt yazılı olarak izleyeceğiniz site öneriyoruz.

Ruhun şad olsun, şəhidim!

 

Esmira Günəş

 

 

Müstəqil.Az

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Share: