Rüfətin Vətənimizə xalqımıza olan sevgisi onu Şəhidlik zirvəsinə qədər ucaltdı…- Emin Bayramlı

 
27 mart 2021- ci ildə  şəhidimiz Rüfət Mustafayevin ailəsini, atam Elşad bəy və Esmira xanımla birlikdə ziyarət etdik.Ailəni ilk dəfə ziyarət etməyimə baxmayaraq gördüyüm xoş münasibət nəticəsində mən özümü ailənin bir üzvü kimi hiss etdim.Çox keçmədi ki, ailənin yaxın qohumu olan qazimiz Seymur Abışovun həyat yoldaşı Rübabə müəllimə və oğlu vətənpərvər Ömər Abışov da ailəni ziyarət etməyə gəldilər.Biz birlikdə ailəni ziyarət etdik. Ziyarət zamanı Şəhidimizin ev muzeyi mənim diqqətimi çəkdi.Mən Zöhrab babadan icazə alıb otağa daxil oldum.Ev muzeyi mənə çox maraqlı oldu. Şəhidimizdən yadigar qalan şəkillər və əşyalar məni çox düşündürdü.Biz birlikdə ev muzeyini ziyarət edib xatirə şəkli çəkdirdik.Şəhidimizin Atası Zöhrab baba və Anası Afər nənə ilə həmsöhbət olduq.Söhbət zamanı Zöhrab baba qeyd etdi ki şəhidimiz Rüfət uşaq yaşlarından şəhid olan günə qədər hər zaman Bayrağımıza və əsgər geyimlərimizə çox böyük marağı var idi.Məktəbdə oxuyarkən hansısa bir tədbirdə çıxış üçün söz veriləndə hər zaman əsgər və vətən mövzusu haqqında çıxış etməyə üstünlük verərmiş.Rüfətin Vətənimizə xalqımıza olan sevgisi onu Şəhidlik zirvəsinə qədər ucaltdı.Qeyd edim ki şəhidimizin yaxın qohumlarından bir çoxu Qarabağ müharibəsindən iştirak edib.Bunlardan biri qazimiz Seymur Abışovdur.Seymur Abışov 1975 cü ildə Ağdamın Seyidli kəndində doğulub.1991 ci ildə tillər kənd orta məktəbini bitirib.1993 ci ildən 1994 ve il Yanvarın 17-nə qədər 1 Qarabağ savaşının könüllü iştirakçısı olub.Quzanlı kəndində hərbi xidmətə başlayıb Seymur Abışov daha sonra Ağdamın Çuxurlu kəndində Alay Yaqub kimi tanınan döyüşçünün dəstəsinə qoşulub.Döyüşlərin birində ağır yaralanıb və bir neçə dəfə əməliyyat keçirməyinə baxmayaraq bu günə qədər bədənində qəlpələrlə yaşayır.İkinci qurup Qarabağ əlilidir. Qazimizə Allahdan kömək sağlamlıq və uzun ömür arzulayıram.
Sin descripción disponible.
 
Qəhrəman qazilər
 
Siz qoruduz Vətəni
Hər zaman Qazilərimiz
Sizə düşür təşəkkür
Qəhrəman qazilərmiz
 
Yaşamaq onlar üçün
Düşün gör necə çətin
Amma dayanıb mətin
Qəhrəman qazılərimiz
 
Onlar deyir vətənə
Xidmət edərik yenə
Minnətdarıq biz sənə
Qəhrəman qazilərimiz.
 
 
Qazimiz Seymur Abışovun həyat yoldaşı Rübabə müəllimə qeyd etdi ki şəhidimiz Rüfət hər zaman qazimiz Seymur əmini görəndə hərbçilərdən,
müharibədən,qazi və şəhidlərdən söz açarmış.Qazimizin Vətənpərvər övladı Ömər Abışov Rüfət haqqında bir çox xoş xatirələrindən danışdı.Ömər deyir ki Rüfət hər zaman məni gördükdə Vətənpərvər Atanın Vətənpərvər övladı deyirdi. Şəhidimizin döyüşçülərə olan marağı onun Şəhidlik zirvəsindən xəbər verirmiş.
Şəhidimizin ailəsi ilə bir neçə saat həmsöhbət olduqdan sonra biz birlikdə Şəhidimizin məzarını ziyarət etməyə getdik.
Allah şəhidlərimizə rəhmət etsin qazilərimizə şəfa versin.
 
 
Sin descripción disponible.
Şəhid Rüfət Mustafayev
 
O gün sən bir zirvəyə
Ucaldın Qarabağda
Düşünmədən canını
Bağışladın torpağa
 
Evimin tək övladı
Hara getdin,ay bala?
Necə qıydın ki, anan
Dünyada sənsiz qala
 
İndi göz yaşı tökür,
Anan sənsiz ağlayır
Atan bilmir nə etsin
Ürəyini dağlayır
 
Soldu bir çiçək təki
Arzularım puç oldu
Bu Şəhidlik zirvəsi
Rüfətə nəsib oldu.
 
Emin Bayramlı
Müstəqil.Az
Sin descripción disponible.
Share: