Rüfət Zabirov: XDND idarəsində çalışan gəmi kapitanları çox təcrübəlidirlər

Dənizçilərə Sosial Dəstək İctimai Birliyinini Müstəqil.Az saytı ilə birgə layihəsi olan “Dənizçi həyatı” nın bu dəfəki qonağı AXDG QSC XDND idarəsinin “Şahdağ” təchizat gəmisinin kapitanı Rüfət Zabirovdur

– Rüfət Kapitan, rəhbərliyin güvəndiyi, vzifəsinin öhdəsindən bacarıqla gələn gənc kapitanlarımızadansız. Oxucularımıza özünüz haqda məlumat verərdiniz.

– Mən, Zabirov Rüfət Rafael oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasinın “Gəmiçilik və gəmilərin hərəkətin idarə etməsi” fakultənin məzunu olmuşam. 2007-ci ildən Xəzər Dəniz Neft Donanmasında işləyirəm. 2015-ci ildən isə gəmi kapitanı vəzifəsində çalışıram.

– Karyeranızı çoxlarına nümunə olaraq təqdir edilə bilər.  Bütün bunlara nail olmaq üçün nə etmək gərəkir?
Hər bir işi həvəslə görmək, bilik və təcrübəni durmadan artırmaq, öyrənmək və verilən tapşırıqlara biganə yanaşmamaq və vaxtında yerinə yetirmək. Lazımı nəticə əldə etmək üçün, məsləhət almaqdan belə çəkinməmək lazımdır.

– İlin kapitanı seçilmisiz, seçilmək, birinci olmaq necə hissdir?

– İlk öncə məni bu ada laiq gördükləri üçün bütün ASCO rəhbərliyinə öz təşəkkürümü bildirirəm. İlin kapitanı-çox gözəl səslənir, lakin onuda qeyd etmək istərdim ki, bu nominasiyaya seçilməyimin başlıca səbəblərindən biri işlədiyim gəminin heyyət üzvlərinin öz vəzifələrini mükəmməl yerinə yetirmələridir. Fərqlənmək, seçilmək, ilin kapitanı və digər nominasiyalarda ilk olmaq üçün gərək həmin adam  təhkim olundugu gəmini ozünə doğma qəbul etməlidir. İşinə tam ciddiyyəti ilə yanaşmalı, ən kiçik nöqsanları belə yerindəcə aradan qaldırmalı, bu nöqsanların daha ciddi fəsadlar yaratmamasına tam nəzarət etməlidir. Bilik və bacarıq daima artırmaq və təcrübələri heyətlə bölüşmək

– Deyin, işlərinizin qurulmasında, uğurlar qazanmanızda digər kapitanlarımızdan daha nə ilə fərqləndiniz?

– XDND idarəsində çalışan gəmi kapitanları çox təcrübəlidirlər və hər bir kapitan yoldaşlarım buna laiqdilər. Bu suala cavab verməyə çətinlik çəkirəm, düşünürəm ki, fərqi bilmək üçün mənə bu nominasiyaya layiq bilənlərin, gözülə baxmaq lazımdır.

– Rüfət kapitan, bəs dənizə maraq, sevgi sizdə uşaqlıqdan vardı, yoxsa, təsadüf nəticəsində dənizçi oldunuz?

Usaqlıq vaxtindan atam məni gəmilərə tez-tez apardığından, həmin vaxtlardan məndə dənizdə işləmək həvəsi yarandı. Bu peşəni qarşıma məqsəd qoyaraq, 2002-ci ildə ADDA-ya qəbul oldum və budur, artıq özünü təsdiq etmiş gəmi kapitanıyam.

-Nə etmək lazımdır ki, dənizçilərimizin rifahı daha yüksək olsun, başqa ölkələrin dənizçiləri ilə rəqabətdə irəlidə olaq?duraq?

– Xəzər dənizində gələcəkdə Beynəlxalq layihələrin nəzərə alaraq müxtəlif yeniliklərə müəlliflik etməliyik, həm də bilik və dünya dənizçilik təcrübələrinə sahib olmaq üçün ilk öncə, Dənizçilərimiz üçün İngilis dili kursunu təşkil etməyi təklif edərdim.

Son vaxtlar üzən heyyətin bəzi narazılıqlarının şahidi oluruq. Bəziləri gəmilərdə ərzaq təminatından, bəziləri əmək haqqından, bəziləri isə ümumiyyətlə rəhbər və işçi münasibətlərinin daha yaxşı olmamamasımndan giley edir. Sizcə düzgündürmü?

– Ərzaqı kafi hesab edirəm, nəzərə almaq lazımdır ki, bu məsələdə gəmi aşbazının səriştəsindən də çox şey aslıdır. Hər işçinin əmək haqqı barəsində fərdi düşüncələri var. Münasibətlərə qalanda isə, hər iki tərəfin dünya görüşündən, düşüncə tərzindən asılıdır

– Siz də gəmi kapitanı olaraq rəhbər işçilər kotoqoreyisaına aidsiz, rəhbər – işçi münasibətlərində daha çox nəyə fikir verirsiz?

– Nizam-intizam, inam və səmimiyyət. Vaxtaşrı üzən heyyətin problemləri dinləmək və bu problemlərin həlli istiqamətində addımlar atmaq və sair işimizin qurulmasında, münasibətlərin yaxşılaşdırılmasında əsas amildir.

-Erkən yaşlarından kapitan oldunuz, ilin kapitanı seçildiniz, daha sınrakı hədəfiniz nədir?

– Gələcəkdə digər dənizçilərə nümünə olmağı, həm onlar, həm özüm üçün daha xeyirli addımları atmağı düşünürəm.

-Çox sağ olun ki, vaxt ayırıb, suallarımızı cavablandırdız

-Mən də Sizə təşəkkürümü bildirirəm ki, mənim də fikirlərimlə oxucularınızı tanış etdiniz. “DSB” İB dənizçilərin, dənizlə əlaqəli insanlar arasında informasiya mübadiləsi aparmasını, dənizçilər arasında əlaqələrin daha sıx olması üçün etdikləri bütün işləri  yüksək qiymətləndirirəm. Axarıncı olsun…

Söhbətləşdilər: Tural Balabəyli, Fərrux Həmidli

Share: