Ağstafa yol qəzası

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Müstəqil.Az -ın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Qazax rayon sakinləri – 1965-ci il təvəllüdlü Manaf Nəsibov və həmyerlisi, 1989-cu il təvəllüdlü Murad Muradov xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Müstəqil.Az 

Share: