Xəzər dənizində yeni yataq kəşf olundu

“Lukoil” Xəzər dənizində “Titon” strukturunda yeni yataq kəşf edib və onun yaxın illərdə neft hasilatının həcmini artırmağa imkan verəcəyinə ümid edir. 

Müstəqil.Az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Önümüzdəki illərdə bu, artıq Xəzər dənizinin Rusiyaya məxsus hissəsində neft hasilatını artırmağa imkan verən yataq  olacaq”, – deyə Ələkbərov qeyd edib.
Müstəqil.Az
Share: