Simonyan: “Ümid var idi ki, əsirlər qayıdacaq”

Ermənistanın parlament sədrinin müavini Alen Simonyan “hərbi əsirlər” adlandırdıqları terrorçularla bağlı ajiotajdan danışıb.

Müstəqil.Az  xəbər verir ki, onun sözlərinə görə, Azərbaycandan əsirlərin qaytarılacağı barədə razılıq olmayıb.

“Sadəcə ümid var idi ki, budəfəki reys özü ilə yaxşı xəbər gətirəcək və biz əsirləri qarşılayacağıq”, – vitse-spiker deyib.

Simonyanın sözlərinə görə, onlar həmişə gözləyirlər ki, bu uçuşlar zamanı əsirlər də gətiriləcək. Vitse-spiker əlavə edib ki, Ermənistanda heç bir yüksək çinli rəsmi şəxs əsirlərin qaytarıldığı bəyanatı ilə çıxış etməyib.

Qeyd edək ki, aprelin 8-də Ermənistanda “əsir”lərin qaytarıldığı barədə ajiotaj yaşanmışdı və xeyli insan aeroporta toplaşmışdı.

/ Musavat.com

Share: