Escort Paris pornmaxi.com pornblu.com

RAMAZAN – ilin ən gözəl ayı

Oruc tutar müsəlman

Bu ay gəldiyi zaman.

İlin ən göyçək ayı

Ramazandı, Ramazan.

 

Bu ay Səbir ayıdır

Baxma nəfsin sözünə.

Cənnətin qapıları

Açıq olsun üzünə!

 

Xeyirdi, bərəkətdi,

Mərhəmətdi Ramazan.

Allahdan insanlara

Bir nemətdi Ramazan!

 

Beləcə ömrümüzdən bir il də gəlib keçdi. Bizi ilin sultanı, ayların tacı olan müqəddəs Ramazana qovuşdurdu. Qovuşdurana şükür! Bəs görəsən Ramazan ayının özəlliyi nələrdir və onu belə müqəddəs, dəyərli edən fəzilətlər hansılardır? Əvvəlcə onu qeyd edək ki, Hicri təqviminin 9-cu ayı olan Ramazanın əsas özəlliyi Uca Allah tərəfindən müqəddəs Qurani Kərimin məhz bu ayda nazil olaraq Məhəmməd Peyğəmbərə (s.a.s) göndərilməsidir. “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.” (Əl-Bəqərə surəsi, 183.) Göründüyü kimi bu ayda oruc tutmaq bütün həddi-buluğa çatmış müsəlmana vacib buyurulub. Səfərdə olanlar əgər gücləri yetməzsə oruc tutmaya bilərlər, səfərdən sonra isə oruca davam etməlidirlər. Xəstə olan müsəlmana isə oruc tutmaq vacib deyildir.

Oruc dan yeri söküləndən günbatana qədər halal yemək-içməyi, şəhvəti, boş sözləri, pis əxlaqı tərk etmək deməkdir. Bu ay səbir ayıdır. Bu ayda müsəlman Yaradanın qoyduğu qadağalara riayət etməklə sanki bir təlim keçmiş olur və il boyu ona doğru yolu göstərir. Belə ki, müsəlman bu ayın gözəlliklərini – ibadəti, səbri, mənəvi təmizliyi, mərhəməti, qardaşlığı özü ilə digər aylara da aparır. Ramazanda oruc tutmaqla bərabər gecə namazları, Quran oxumaq, gözəl əxlaq, sədəqəni daha da artırmaq bəyənilən əməllərdən sayılır. Oruc tutan mübahisələrdən, qeybət qırmaq və ya söz gəzdirməkdən çəkinməlidir. Əgər oruclu vəziyyətdə başqası onu narahat edərsə “mən orucam!”- deyib, ondan uzaq durmalıdır. Peyğəmbərimiz (s.a.s.) buyurub: “Kim pis sözü və əməli tərk etməzsə Allahın onun yemək və içməyindən qalmasına heç bir ehtiyacı yoxdur!”

Qeyd edilir ki, sürmə, göz damcıları, qulaq-burun damcısı, diş məcunu, keyləşdirici iynələr, qan analizi və s. orucu pozmur. Oruc tutan bilmədən bir qurtum su içsə belə orucu pozulmur. Qəsdən yeyib-içmək, qusmaq isə orucu pozar.

Orucun sağlamlığa nəinki ziyanı, əksinə bir çox faydaları olduğunu elm də sübut etmişdir. Belə ki, oruc zamanı qan dövranı sabitləşir, bədəndən zərərli maddələr xaric olunur, böyrəklər dincəlir. Oruc beynin fəaliyyətinə də müsbət təsir göstərir.

Savabını Allahdan umaraq səmimi qəlbdən oruc tutanın günahları bağışlanar və Cənnətlə mükafatlanar. Bu ayda “Qədr gecəsi” adlı bir gecə vardır ki, min aydan daha xeyirlidir.

Bu ayın sonunda bütün müsəlmanlar Ramazan bayramını böyük məhəbbətlə qeyd edirlər. Bayramda könüllər sevinir, insanlar bir-birinin halından xəbər tutur, cəmiyyətdə  bərabərlik və qardaşlıq bağları möhkəmlənir. Qeyd edək ki, Ramazan bayramı 27 oktyabr 1992-ci il tarixli “Azərbaycan Respublikasının Bayramları haqqında” Qanununa əsasən ölkəmizdə dövlət səviyyəsində qeyd edilməyə başlayıb.

Mina Rəşid

 

 

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet
- Anadolucasino