Mətanət Əliverdiyeva “Speys”dən də getdi

Aparıcı Mətanət Əliverdiyeva “Speys” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.

Müstəqil.Az xəbər verir ki, bu haqda aparıcı Axşam.az-a açıqlamasında deyib.

O bildirib ki, fərqli bir şou hazırlayır:

“Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı “6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.

Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra “Speys”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.

 

Share: