Süveyş kanalında yaranmış ən uzunmüddətli tıxac haqqında  ARAŞDIRMA

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, 1967-ci ilin iyununda İsrail və Misir arasında “Altı günlük müharibə” adlandırılan hərbi qarşıdurma zamanı Misir qüvvələri tərəfindən su yolunda bir neçə gəmi qəsdən batırılmışdı. Bu səbəbdən kanal hər iki tərəfdən bloklanmışdı. Bundan əlavə, kanalda quraşdırılan sualtı minalar da sərbəst hərəkəti çətinləşdirirdi. Həmin dövrdə ayrı-ayrı ölkələrə məxsus  müxtəlif tipli 14 gəmi bu vəziyyətin girovuna çevrilmişdi.

“Altı günlük müharibə” qısa zamanda başa çatsa da, kanalda nəqliyyatın hərəkətini qaydaya salmaq uzun vaxt apardı.

Gəmilər kanalın “Böyük Acı Göl” adlanan geniş ərazisində lövbər atırlar. Elə bu hadisə nəticəsində 1967-ci ilin oktyabrında beynəlxalq heyətlərdən ibarət “Böyük Acı Göl Assosiasiyası” adlı qeyri-rəsmi dövlət yaranır. Norveçə məxsus gəmi yüksək səviyyəli mətbəxlə, Polşaya məxsus gəmi peşəkar həkimi ilə, İsveç gəmisi hovuz və idman zalı ilə məşhur idi. Gəmilərin heyətləri idman yarışları və müxəlif əyləncəli oyunlar keçirirdilər. Bundan əlavə, onlar özlərinin qanuni poçt markasını da buraxdırırlar. Dənizçilər bu markaları doğmalarına göndərdikləri açıqcalara yapışdırırdılar.

1968-ci ildə dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək üçün Mexiko Olimpiadası Böyük Britaniya KİV-lərinin dəstəyi ilə burada olimpiya oyunları təşkil edir. Birinci yerdə polşalılar, ikinci yerdə almanlar, üçüncü yerdə isə ingilislər qərarlaşırlar.

1969-cu ildə gəmiçilik şirkətləri tıxacda qalmış gəmilərlə nəqliyyat əlaqələrini təşkil etməyə nail olur və heyət üzvləri vətənlərinə qayıda bilir.

Süveyş kanalının blokadadan tam çıxması yalnız 1975-ci ildə mümkün olur.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ