Kreml də NATO-ya xəbərdarlıq etdi

Ukraynanın şərqindəki təmas xəttində iki tərəf arasında vəziyyət qorxuducudur. 

“TRT Haber” bildirir ki, Kremlin açıqlamasında belə deyilir.

“NATO hərbçilərini Ukraynada yerləşdirərsə, lazımi tədbirləri görəcəyik. Kiyevin Ukraynaya NATO hərbçilərini yerləşdirməsinə dair açıqlaması qəbuledilməzdir”, – açıqlamada bildirilib.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri aprelin 2-də Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə bağlı toplantı keçiriblər.

Müstəqil.Az 

Share: