Düşmən Qarabağda məhv edilən daha 52 hərbçisinin adını açıqladı

Ermənistan tərəfi ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 52 hərbçisinin adını açıqlayıb.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, indiyə qədər rəsmi açıqlanan itkilərin sayı 2782 nəfərdir.

Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Müstəqil.Az 

Share: