Putinlə Paşinyan Moskvada görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə baş nazirin mətbuat katibi Mane Qevorkyan bildirib. O deyib ki, bununla əlaqədar olaraq Paşinyan 2 apreldən bəri özünü təcrid rejimində çalışır.

Xatırladaq ki, Paşinyan və Putin sonuncu dəfə 11 yanvarda Moskvada görüşüblər.

Müstəqil.Az 

Share: