“Vətənə sevgi, düşmənə nifrət bizə genetik yaddaş olaraq ötürülb”

Vətən müharibəsi zamanı AXDG QSC –nin əməkdaşlarının göstərdiyi qəhrəmanlıq və keçdikləri döyüş yolu ilə bağlı mütəmadi olaraq yazılar yazır, müsahibələr götürürük. Bu günkü həmsöhbətimiz AXDG QSC ninMəxfi rejim və Hərbi səfərbərlik şöbəsinin rəisi Hüseynov Rəşad Kamil oğludur

 – Rəşad müəllim, sizinlə Novruz bayramı ərəfəsində həmsöhbət oluruq, bayramınız mübarək, necəsiz?

-Bu bayram illərlə arzusunda olduğumuz bayram oldu. Bu dəfə müqəddəs bayramımız Novruzu işğaldan azad olunan torpaqlarımızda keçirtdik. Həm də elə bil ki, qəlblərimiz, gerçəkləşməyən arzularımız işğaldan azad olundu. Sizcə necə ola bilərəm? Əlbəttə ki çox yaxşıyam.

– Torpaqlarımızın işğaldan azad olunmasında bir zabit olaraq sizin də əməyiniz, keçdiyiniz şərəfli döyüş yolu var və bu mövzuya qayıdacağıq. İndi isə mümkünsə özünüz haqda qısa da olsa oxucularımıza  məlumat vermənizi istərdim.
-Mən Hüseynov Rəşad Kamil oğlu, 1977-ci ilin fevral ayının 2-də Bakı şəhərində anadan olmuşam. Yasamal rayonu 21 saylı orta məktəbi bitirmişəm. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasına bitirmişəm. 2003-cü ildən 2005-ci ilə qədər Tərtər rayonundakı “N” saylı hərbi hissədə zabit olaraq  təlim-tərbiyə işləri üzrə təlimatçı vəzifəsində xirmət etmişəm. Ordudan baş leytenant olaraq tərxis olunmuşam

-Müzəffər odrumuzun parlaq qələbəsində sizin də xidmətləriniz oldu. Ordumuzun zabiti olaraq Vətən savaşına qatıldız. Bu haqda danışmağınızı istərdik

– 44 gün sürən Vətən müharibəsində iştirakımla əlaqədar deyə bilərəm ki, Respublikada elan olunmuş Səfərbərliklə əlaqədar 29.09.2020-ci il tarixdə ordu sıralarına çağırılmışam. Və tərəddüd etmədən ordu sıralarında möhkəmlənib Vətənimizin azadlığı uğrunda rəşadətli ordumuzun tərkibində mən də öhdəmə düşən vəzifəni – Azərbaycan döyüşçüsü vəzifəsini yerinə yetirmişəm. Qələbəmizlə başa çatan bu müharibədə itkilərimiz də oldu, ancaq qazancımız daha çox idi. İnsanlarımızda, ordumuzda özünə inam, Ali Baş Komandana, onun qətiyyətinə və sərkərdəlik bacarığına heyranlıq və güvən daha çox oldu.

– Dediyiniz kimi,  müharibənin  ilk günüdən döyüşdə oldunuz. Bir günü bir il qədər olmuş Döyüş yolunuza bir nəzər salaq.

– Döyüş yolu olaraq, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa şəhərlərinin azad olunmasında döyüş əməliyyatlarında iştirak etmişəm. Döyüşlərdə iştirakımla əlaqədar, kapitan hərbi rütbəsi və Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişəm. Hər şey arxada qaldı, demək tezdir, Geri aldığımız torpaqlarımızın qorunub saxlanması, əbədi və əzəli Vətənimizin daha möhkəm qorunmasını da biz təmin etməliyik və Ordumuz, oğullarımız buna qadirdir.


-Aydındır ki, ötən günlərimizin acılı-şirinli məqamalrı  xatirələrdə qalır.  İllər keçəcək nəyi unutmayacaqsız?

-Bəzən bizə unutqan xalq da deyirlər, amma mən belə deməzdim. Bu müharibə göstərdi ki, Vətənə sevgi, düşmənə nifrət bizə genetik yaddaş olaraq ötürülb və heç nə də unudulmayıb. Bu qələbəni, xalqımızın bu sevincini, ölkə başçısının üzərinə gələn dövlətlərə verdiyi tutarlı cavablardan yranana yarana ruh yüksəkliyinin sevincini heç zaman unutmayacam

-AXDG QSC nin də çox saylı əməkdaşı müharibədə idi. Sizin qarşılaşdığınız həmkərlarımız oldumu?

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin çox sayda əməkdaşı bu müharibədə iştirak etdi. Onlardam könüllü gedəni, səfərbərliklə bağlı çağrılanları da oldu. Sevindirici haldır ki, dənizçilərimiz müharibədə özlərinin xarakterləri, döyüş qabiliyyətləri ilə seçildi, təltiflərlə mükafatlandırıldı.

– Rəşad bəy, AXDG QSC daima döyüşçülərimizin sırasında oldu. Elə mənim təsis etdiyim DSD İB-yi də 1 ay cəbhə xəttində oldu . Ordunun arxa cəbhə ilə təması necə idi?

– Bu müharibədə bütün xalq cəbhədəki əsgərlərlə bir nəfəs alır, bir döyüşür, bir sevinirdi, desək ifrata varmarıq. O baxımdan da  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin müharibə zamanı göstərdiyi fədakarlıq xüsusi qeyd olunmalıdır. Elə özümlə bağlı deyim, döyüşlər başlayan ilk gündən mənimlə və ailə üzvlərimlə daim əlaqə saxlayaraq istər maddi, istər də mənəvi dəstəkləri ilə  yanımızda olmuşdur. Fəxr edirəm ki, ASCO kollektivinin bir üzvüyəm.


– Rəşad bəy, müharibədən sonra yenidən kollektivə qayıtmısız, işləriniz necə gedir, müharibə hər hansı bir dəyişiklik etmədimi xarakterinizdə?

-Müharibə bitdikdən sonra yenidən öz işimə qayıtmışam. Artıq mülkü həyatdayam və mülkü həyatın tələbləri nədirsə, xarakterimdə sakit həyatda nə müşahidə olunurdusa onu da byaşayıram. Hal hazırda işlərimin başındayam.

– Bizimlə həmsöhbət olmağımıza vaxt ayırdığınız görə təşəkkür edirəm

-Çox sağ olun, təşəkkür edirəm ki, dənizçilərimizin həyat yoluna nəzər salırsıznız

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: