İspaniya da çimərliklərdə də maska taxmaq məcburi oldu

İspaniya hökuməti ölkədə maska rejimi ilə bağlı qanunları sərtləşdirib.

Müstəqil.Az  xəbər verir ki, vətəndaşlar bu gündən küçədə, çimərliklərdə və digər açıq məkanlarda sanitar məsafədən asılı olmayaraq, maska taxmalıdır. Bu tələb 6 yaşdan yuxarı bütün şəxslərə şamil olunur. Maskadan istifadə, həmçinin ictimai nəqliyyatda, şəxsi avtomobildə, qapalı məkanlarda 9 nəfərdən çox adam olarsa, məcburidir. Sərnişin gəmilərində yalnız kayutlarda maska çıxarıla bilər.

Bu məhdudiyyətlər tənəffüs problemi olan, maska taxmağı idarə edə bilməyən əlillərə şamil olunmayacaq.

Müstəqil.Az

Share: