Süveyş kanalının bağlı qalması baha başa gəlir

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, kanalın bağlı qalmasının 1 saatı təqribən 400 milyon dollar dəyərində ölçülür.

Əsasən konteyner daşıyan gəmilər və tankerlərin keçid etdiyi Süveyş kanalından martın 24-də 185 ədəd müxtəlif tip gəmilər keçməli idi. Lakin “Evergreen” adlı konteyner gəmisi baş vermiş qəza səbəbindən adı çəkilən su kanalını bağlayaraq gəmilərin sərbəst hərəkətinə əngəl törədib.

Süveyş kanalının administrasiyasının verdiyi məlumata görə, yolun açılması minimum iki gün vaxt aparacaq.

Ekspertlərin fikrincə, bu hadisə qlobal tədarük prosesində uzun gecikmələrə səbəb olacaq ki bu da dünya əhalisini müəyyən çətinliklərlə qarşılaşdıracaq.

Hadisə yerində çalışan xilasedici briqadanın rəhbəri Nik Sloanın sözlərinə görə, xilasetmə prosesində hər hansı bir fors-major hal yaranmazsa, işlər martın 28-də və ya 29-da yekunlaşa bilər.

Süveyş kanalından hər gün iki istiqamətdə 50-dən çox gəmi keçir. Bu kanal vasitəsilə bütün dünya konteyner trafikinin 30% -i həyata keçirilir.

Müstəqil.Az

Share: