Nikoldan həyasızlıq: Qarabağda ev tikintisinə 200 milyon ayırdı

Ermənistan hökuməti Qarabağda ev və infrastruktur tikintisinə 110 milyard dram (200 milyon dollardan çox) ayırıb.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, xərclərin 58 milyard dramını “Hayastan” ümumerməni fondu, 52 milyardını isə hökumət maliyyələşdirəcək.

Separatçı-terrorçu Araik Arutyunyan isə rəxminən 4 min evin inşası üçün layihələrin hazır olduğunu deyib.

Qeyd edək ki, bu, Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində özbaşınalıqların davam etməsi deməkdir. Rəsmi İrəvanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və işğal siyasətinin nəticəsi 44 günlük müharibə və Ermənistanın ağır məğlubiyyəti ilə nəticələndi. Buna baxmayaraq, İrəvan işğalçılıq siyasətindən əl çəkmək istəmir.

Müstəqil.Az

Share: