“Xəzər dənizi canavarı” Moskvaya aparıldı – VİDEO

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəqliyyat vasitəsi keçən ilin iyulunda Xəzər dənizindən sahilə 100 kilometr xətt boyunca sürünərək çəkilmişdi. Fevralda isə “Patriot Park” adlı silah muzeyinə aparılıb.

Hazırda Moskvada olan 300 tonluq “Xəzər dənizi canavarı”nın bu muzeydə yerləşdiriləcəyi və daha sonra ziyarətçilərə açılacağı bildirilib.

Qeyd edək ki, 1965-ci ildə yaradılan həm təyyarəyə, həm də gəmiyə bənzəyən nəhəng döyüş maşını – ekranoplan 1966-1980-ci illərdə Xəzərdə sınaqlar zamanı qəzaya uğrayıb.

Pilot heyətinin səhvinə görə qəzaya uğrayan maşının sürəti saatda 500 kilometr, mühərrik sayı isə 10 olub. 92 metr uzunluğa, 38 metr qanad açıqlığına malik olan nəqliyyat vasitəsi suyun dörd metr hündürlüyündə uçmaq qabiliyyətinə sahib olub.

Hədəfləri birbaşa görə və “P-270 Moskit” tipli raketlərlə düşmən ünsürlərini vura bilirdi. ABŞ kəşfiyyatı tərəfindən 1968-ci ildə təsbit edilən nəhəng maşın bütün dünyanın diqqətini çəkmişdi. Qəzadan sonra isə nəqliyyat vasitəsi Dağıstanın Dərbənd sahillərində atılmışdı.

Share: