Televiziyaların İlhamiyyə Rza kimi savadlı, peşəkar aparıcılara böyük ehtiyacı var – Aysel Səfərli

Bu gün tanınmış jurnalist, televiziya aparıcısı, prodüser, rejissor İlhamiyyə Faiq qızı Rzayevanın ad günüdür.

İlhamiyyə Rza illərdir Azərbaycan televiziyasında xüsüsi əməyi keçən, tamaşaçılar, xalq tərəfindən tanınan və sevilən aparıcılardandır. 

O, 26 mart, 1967-cı ildə Qazax rayonunda anadan olmuşdur. 1974-cü ildə Bakı şəhəri, Nəsimi rayonu 42 saylı orta məktəbin birinci sinfinə gedib və 1984-cü ildə oranı bitirmişdir.

Həmin ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur.

Tələbəlik illərində “Молодежь Азербайджанa” qəzeti ilə ştatdankənar müxbir olaraq əməkdaşlıq etmişdir.

1989-cu ildə universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında işə qəbul edilərək Xəbərlər redaksiyasında müxbir kimi çalışmışdır. Sonralar ABA TV, Lider TV, Space TV ( ” Gecə kanalı” verilişi ) telekanallarıında çalışmış,ANS TV-də “Nəzər nöqtəsi” verilişinin aparıcısı olmuşdur.

“Gündəlik Azərbaycan”, “525”, “Azadlıq”, “Bizim Yol”, “Zerkalo” qəzetlərində məqalələri dərc olunub. 100-dən artıq məqalənin müəllifidir. Azərbaycan Media Mərkəzi İdarə Heyətinin Sədridir. “Həsən bəy Zərdabi adına Jurnalistika Milli Mükafatına” layiq görülmüşdür.Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür.

 “SOS” uşaq kəndləri Azərbaycan Assosiasiyasında fandreyzing və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışmışdır.

“Gecə kanalı” adlı bir kitabın müəllifdir.

Yaxın zamana qədər həyat yoldaşı, yazıçı, jurnalist Həmid Herisçi ilə birlikdə Xəzər televiziyasında “Xəzər səhər” verilişinin aparıcısı olmuşdur.

İlhamiyyə Rzanın  ədəbiyyata, mədəniyyətə, jurnalistikaya, televiziyaya həsr etdiyi xidmətlərlə dolu olan həyat yollarındakı ən böyük əsəri gözünün ağı-qarası olan övladı İbrahimdir.

Bu şərəfli ömür yollarında ən böyük qazancı, mükafatı isə xalqın ona olan  sevgisi və dəyəridir.

Yaxşı xatırlayıram, uzun illər öncə efirdə gedən “Milyonçu” verilişi hər kəsi mavi ekrana kilidləmişdi. Böyük maraq və sevgiylə hər axşam bütün işimizi buraxıb verilişi  izlədikcə atam: – ” Əgər bir gün sən də bu yolun davamçısı olarsansa ,İlhamiyyə xanım kimi olsan, səninlə qürur duyaram” – demişdi.

Rayonda yaşamağımıza baxmayaraq bizim ailədə , atamın sayəsində gələcəyin  ziyalı insanları böyüyürdü. Həyatım kitabların rəngli dünyasında, fortopianonun həzin səsləri arasında , duyğularım əllərimə “başla” əmri verərək musiqi notunu dilləndirməklə və vərəqlərə misralar bəzəməklə keçirdi…

Atam bilmədi ki mən teleaparıcı olmadım, amma , illər sonra özünün də iştirak etdiyi, sevdiyi “Milyonçu” şousunun aparıcısı İlhamiyyə Rzayla yollarımız kəsişdi, indi biz illərə dayanan gözəl, səmimi, möhtəşəm bir dostluq dünyasında çiyin-çiyinəyik…

O, mavi ekranlara savadı,intelekti, görünüşü, işinə olan bağlılığı ilə gözəllik gətirdi. Mehriban təbəssümünün istiliyini hiss etdikcə insanlara ,həyata,yaşamağa həvəsim ,güvənim daha da artdı. Ədəbiyyat dünyasının şeiriyyat aləmində sözdən  sevgi rəngli naxışlar toxumağa çalışdıqca ömrümün unudulmaz günlərində hər zaman varlığını yanımda hiss etmək məni xoşbəxt etdi.

O, “Alay ” adı altında birləşən böyük bir ailəmizi qorudu, bizimlə birlikdə yaşatdı, bəlkə illər yoruldu, amma, biz ailə olaraq, dost olaraq bu birlikdən yorulmadıq.

Dünyanı saran ən ağır pandemiya günlərində belə mənəvi olaraq bir-birimizin yanında olduq, internet vasitəsilə belə bir-birimizi  motivasiya etməyi bacardıq.

 

Bu gün televiziya efirinin İlhamiyyə xanım kimi savadlı, peşəkar aparıcılara böyük ehtiyacı var. İnsanlarımızın bayağı verilişlərlə, qeyri peşəkar, işini anlamayan aparıcılarla zövqünün , efir anlayışının korlanması, gələcək cəmiyyətimizin, mədəniyyətimizin uçurumun astanasında qalması məni çox qorxudur.

Dövlətimiz xalqına xidmət göstərən insanları heç vaxt qayğıdan kənar qoymayıb, inanıram ki, İlhamiyyə xanım kimi ruhunu,ömrünü, həyatını işinə sevgiylə həsr edən insanlar heç vaxt unudulmayacaq, onların qayğısı altında öz işinə qarşı daha da böyük ruh yüksəkliyi ilə sarılacaq.

Ən önəmlisi isə xalq ,insanlar sevdiklərini yaşadır, onları unutmağa,unudulmağa qoymur, qoymayacaq.

Doğuluşun mübarək, nə yaxşı ki bu dünyada səninlə rastlaşmaq, səni tanımaq, səninlə dostluq edə bilmək kimi bir şansa sahibəm.

(Buraya yazdıqlarım sənə olan duyğularımın cüzi bir hissəsidir!)

100 yaşa. Səni sevirik!

 

Aysel Səfərli

 

Müstəqil.Az 

Puede ser una imagen de 2 personas, incluido Ilhamiyya Rza y personas sonriendo

Puede ser una imagen de Hamid Herischi e Ilhamiyya Rza

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Share: