“DSD“ İB və “Şamaxı” gəmisinin heyyəti dənizçi həmkərlarını təbrik etdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin idarə heyyəti və XDND-nin balansında olan “Şamaxı” tankerinin ekipaj üzvləri dənizçi həmkərlarını xalqımızın müqəddəs bayramı olan Novruz Bayramı münasibəti ilə təbrik edib.

Bu haqda Müstəqil.Az-a “DSD”İB-dən məlumat daxil olub. Bayram təbrikində deyilir:

“ƏZİZ DƏNİZÇİLƏR , ÇOX HÖRMƏTLİ HƏMKƏRLAR

Sizləri “Dənizçilərə Sosial Dəstək “ İctimai Birliyi və “Şamaxı” gəmisinin heyyəti adından xalqımızın ən gözəl bayramı olan, özündə yeni gün, saflıq, barış ehtiva edən Novruz Bayramı münasibəti ilə təbrik edirəm.

(Şamaxı gəmisində növbə qəbulundan sonra keçirilən ilk iclasdır. Heyyət Novruz bayramı münasibəti ilə həmkərlarını təbrik edilməsini iclasda  müzakirə etdi)

Hər kəsə xoş bayram əhval ruhiyəsi, cansağlığı, müvəffəqiyyətlər, təmiz hava şəraiti, çətin, lakin şərəfli işlərinizdə uğurlar arzulayıram, çox yaşayın, xoş yaşayın, deyirəm.


Bu bayram bizim üçün doğurdan da əsl bayram olacaq. İllərdir bayram tonqalının üstündən atılanda, arzu və niyyətlərimizi tutub acılı günləri, məcazi olsa da, odda “yandıranda” ən böyülk diləyimiz olaraq deyərdik: Gün o gün olsun ki, növbəti bayramlarımızı Qarabağda keçirək. O gün bu il gəldi. Rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu il artıq Qarabağda, ölkəmizin baş tacı olan Şuşamızda bayram tonqalı yandırıldı, Ordumuzun Ali Baş komandanı Novruz  bayramı ərəfəsində 30 ilə yaxın bir müddətdə həsrətində olduğumuz bayram mərasimində  şəxsən özü, ailə üzvləri ilə birlikdə oldu. Bu il biz xalqımızın ən böyük, qədim, saf istəklə, arzularla keçirilən bayramını qürur və fəxarət hissi ilə qarşılayırıq.

Bayramımız qutlu olsun! Ürəklərimiz qutsal hisslərlə dolsun, ötənlərin ağrısını, acısını yaşamayaq.

Hörmətlə: “DSD” İB-yinin sədri, “Şamaxı” gəmisinin kapitanı Faiq Balabəyli

20. 03.2021″

Tural Balabəyli

Share: