Erməni deputat: Yalnız İlham Əliyevi dinləməliyik

Ermənistanın hazırkı rəhbərliyi ölkədə heç nəyi həll etmir. Kimsə gələcəkdə Ermənistanın başına nə gələcəyini dəqiq bilmək istəyirsə, ən doğru yol Azərbaycan Prezidenti İlham Əliyevdən soruşması olar. O, həqiqəti söyləyəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə “İcmal” verilişinin efirində deputat, Ermənistan Respublikaçılar Partiyasının üzvü Artak Qriqoryan bildirib.

“Əgər biz Ermənistanda nəyin necə və nə cür baş verəcəyini başa düşmək istəyiriksə, İlham Əliyevi dinləməliyik. Onun dediklərinin hamısı gec-tez Ermənistanda baş verir. Yaxın zamanlarda biz İlham Əliyevin Ermənistan üzrə ssenarilərinin reallaşma dalğasının şahidi olacağıq. Bunlar Zəngəzurla, müxtəlif dəhlizlərlə, eləcə də dövlət sərhədləri ilə bağlı məsələlərdir”, – deyə erməni deputatı qeyd edib.

Əli Məmmədov

Share: