Miqrasiya könüllüləri Amerikada yaşayan həmvətənlilərimizin təsis etdiyi təşkilatla birlikdə yeni layihəyə başladı – FOTO

Miqrasiya Könüllüləri Şəhid və qazi ailələri ilə əlaqədar Amerikada yaşayan həmvətənlərimizin təsis etdiyi “FOR AZERBAİJAN” təşkilatının tərəfdaşlığı ilə yeni uzunmüddətli layihəyə başladı.
 
Müxtəlif beynəlxalq təşkilatlarda çalışan bir qrup vətənpərvər həmyerlimiz tərəfindən aztəminatlı şəhid və qazi ailələrinə, ehtiyacı olan insanlara davamlı dəstək məqsədilə Amerika Birləşmiş Ştatlarında yaradılmış “FOR AZERBAIJAN” təşkilatı Azərbaycanda Miqrasiya Könüllüləri ilə partnyorluq fəaliyyətinə başlayıb.
İlk layihə çərçivəsində Miqrasiya Könüllüləri müraciət əsasında bir qrup aztəminatlı şəhid və qazi ailələrinin ehtiyacları ilə tanış olub və həmin ailələrə zəruri ərzaq məhsullarının alınması və çatdırılması istiqamətində köməklik göstəriblər. Təyin edilmiş 12 ailəyə layihə boyunca 6 ay müddətində aylıq 300 AZN məbləğində ərzaq təminatı həyata keçiriləcək. Bundan əlavə həmin insanların məişət avadanlıqları təminatının yaxşılaşdırılması istiqamətində birgə həyata keçiriləcək bir sıra fəaliyyətlər nəzərdə tutulub.
Qeyd edək ki, “Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə tərəfdaş olan “FOR AZERBAİJAN” təşkilatı əsasən xaricdə məskunlaşmış xeyirxah insanların ianələrini cəmləyərək Azəbaycanda ən həssas ehtiyacları olan vətəndaşlara təsirli, şəffaf, dayanıqlı və miqyaslanabilən dəstəyin təminatına xidmət edir.
 
“FOR AZERBAİJAN” təşkilatının idarə heyətinin sədri Beynəlxalq Valyuta Fondunun sədrinin baş müşaviri Samir Süleymanovdur.
Müstəqil.Az
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Sin descripción disponible.
Share: