Hər bir daşın üzərində, Hək olunub kod yaddaş

Damət SALMANOĞLU

(yeni şeirlər)

ÜMİD YOLLARIMI….

İlahi, qəlbimə səp iman ətrin,
Nurunla nurlansın bəsirət gözüm.
Bir daha uymayım zalım nəfsimə
Boğum içimdəki nəfsimi özüm.

İlahi,sən məni özün bağışla,
Yaşayım dünyada dinlə ,imanla.
Ümid yollarımı bəzə naxışla,
Dünyada,qoy çatım arzularıma..

Əmanət verdiyin bu əziz cana,
Sağlam can sağlığı, uzun ömür ver.
Köksümdə can adlı gözəl ruhuma
Cənnətin, müjdəli ümidini ver.

15.03.2021

MİN İLLƏRİN DAŞ YADDAŞI

Sahil boyu səpəlinib
böyük daşlar, kiçik daşlar .
Hər birində əl izi var
Hər birinin min yaşı var.
Neçə neçə illər öncə
Bir qayanın parçasıydı.
Parçalanıb hissə hissə
Ayrı düşüb qayasından.

Bəkə də ki, min illərdi
Axtarırlar qayasını.
Axtarırlar mayasını
Axtarırlar daş yaddaşın.
Hər bir daşın üzərində,
Hək olunub kod yaddaşı.

Bəlkə min il bundan öncə
Daşlar göydən yerə enib.
Parçalanıb zərrə zərrə,
Səpələnib dəryalara.
Tufanlara təslim olub,
İllər, illər o incəlib.
Gördüyünüz, rəngli daşlar,
sahillərə səpələnib…

 MƏLALI GÖZLƏRİN BAXMASIN YADA

İlahi bəxş edib gözəl çöhrənə
Bütün dünyanın gözəlliklərin.
Sevginin ətrini gəl səp qəlbimə
Sevginlə ,eşqinlə döyünsün qəlbim.

Bircə gülüşünə dünya verərəm,
Hərdən bir üzümə gülsənə gülüm.
Səninlə sevinib, səninlə gülləm
Bir kəlmə sevirəm desənə gülüm.

Damətin sevgisin gəl vermə bada,
Yoxsa qəlbi yanar,gözləri sönər.
Məlalı gözlərin baxmasın yada
Gözlərim gözünnən şikayət edər..

11.03.2021

 MÜSTƏQİL DÖVLƏTİMİZ VAR

Ən uca, şərəfli bir ali millət,
Müstəqil olanda, o millət olur.
İlahi bəxş edib ən böyük nemət,
Ən uca ,ən ali millətimiz var.
Müstəqil,yenilməz dövlətimiz var.

Hər yerdə ucalır öz bayrağımız,
Ölkələr yanında vardır yerimiz.
Qururla fəxr edir öz millətimiz
Bir daha enməyən bayrağımız var.
Müstəqil, yenilməz dövlətimiz var.

Başımız çox böyük bəlalar çəkib ,
Böyük müsibətə xalqımız dözüb .
Xain düşmənlərin başını əzib
Yenilməz ordumuz ,yumruğumuz var.
Müstəqil, yenilməz dövlətimiz var.

Yaşa odlar yurdum Azərbaycanım,
Sənə qurban olsun öz əziz canım.
Səs salıb dünyaya şöhrətin şanın,
Ən əziz,ən doğma Vətənimiz var
Müstəqil,yenilməz dövlətimiz var.

07.03.2021

 GÖZLƏRİN GÖZÜMLƏ PIÇILDAŞIRDI

Yenə də, gəlmişdin yuxularıma,
Sarı sünbül, tellərini qoxladım.
Sinəmə yayıldı cənnətin ətri,
Ətrini sinəmə çəkib saxladım.

Dayandıq üz üzə nəfəs nəfəsə
İlığ nəfəsini nəfəsim sandım.
Göyərçin əlləri alıb əlimə,
Əlləri əlimdə bir mələy sandım.

Məsum baxışların şəhla gözlərin,
Gözlərin, gözümlə pıçıldaşırdı.
Necə də, çəkmişik vüsal həsrətin,
Ruhumuz, röyamda qucaqlaşırdı.

 

DƏNİZ KİMLƏRİ SEVİR?
( Şair dostum Faiq Balabeylinin
nəvəsi, Dəniz balamızın doğum gününə yazdığım şeir)

İlahinin töhvəsi
Nəvələrdir, nəvələr.
Dünyaya gəlişləri
Sevinc, hüzur gətirər.

Üzlərində gülüş var
Gözlərində sevinc var.
Dostumun nəvəsinin
Baldan şirin dili var.

Sual verirəm ona:
-Adın nədir, dənizim?
-Hardan bildin adımı,
Dənizdir mənim adım.
-Dəniz kimləri sevir?
-Kim sevirsə dənizi..
Dəniz onları sevir.
Sevirəm öz atamı,
Sevirəm öz anamı,
Babamı, həm nənəmi.
-Nəyə görə onları?
-Onlar çox sevir məni,
Nənəm ürəyim deyir,
Babam mələyim deyir.
-Sonra kimi sevirsən?
-Məni çox sevənləri…

BAHAR FƏSLİ GƏLİR

İlk baharın müjdəsidir
Müjdəsidir çərşənbələr.
Çaylar sular şaqqıldaşır
İlk baharın ətri gəlir.

Şəfəq saçır al günəşi
Yer üzünə nur ələnir.
Təbiətin həzin səsi
Pıçıldayır bahar gəlir.

Göz oxşayır dağlar,düzlər
Təbitə naz eləyir.
Çiçək açıb gül nərgizlər.
Çiçəklərin fəsli gəlir.

Kol dibindən bənövşələr,
Boynun büküb gülümsəyir.
Üzü gülsün yasəmənin,
Gözəllərin fəsli gəlir.

Vəsf edirəm dağı,düzü,
Çiçək açıb şair sözü.
Sevənlərin gülür üzü
Sevənlərin fəsli gəlir.

Yaradanın müjdəsidir
Göydən yerə nur ələnir,
İnsanlara töhfəsidir
Hər il bahar fəsli gəlir

23.02.2021

UZAYLI MƏLƏY 

Yuxuma gələn mələy,
Uzaydanmı gəlmisən?
Bəlkə …
tutub əlimdən
Aparasan özünlə.
Məni də, uzaylara.
Bəlkə qurtula bilim
Dünyanın dərd ,sərindən.
Bəlkə sizin uzayda
İnsanlar xoşbəxtirlər.
Çəkmirlər dərdi, səri
Xoş firavan yaşayıb,
Üzlərində gülüş var,
Qəlblərində sevinc var.
Bəlkə sizin uzayda,
Paxıl insanlar yoxdur.
Bir birinə şər atan,
Xəbis şeytanlar yoxdur.
Bəlkə sizin dünyada,
Bilmirlər yalan nədir.
Uzayda yaşayanlar,
İnsanlardan fərqlidir.

Amma…
bizim dünyamız ,
Yalan,böhtan içində.
Düz sözü danışanlar
Şübhələnir özünnən.
Deyir ki, ola bilməz
Tez daşınır sözünnən.
Hamı badalaq gəlir
Gəlirin,xeyrin güdür.
İnsanlar batıb gedir,
Dünya tərsə dövr edir.
Əvvəlki zaman deyil,
Kişi sözü qalmayıb.
Heç kim verdiyi sözü
Axıra dək tutmayıb.

 NİZAMİ GƏNCƏVİ

( 880 )

O, hikmət elminin böyük dühası,
Parlayıb göylərdən bir ulduz kimi.
Bütün şərq aləminə şəfəq saçıbdır,
Şərqin parlaq ulduzu Şeyx Nizami.

Onnan ilham alıb Sədi Şirazi.
Əsərlər yazıbdır hafiz Şirazi.
Onnan ilham alıb dahi şairlər
Şərqin parlaq ulduzu Şeyx Nizami.

Bəsləyib şeyxinə böyük hörməti,
Dahi, Mövlana Cəlaləddin Rumi.
İlahi vergisi əqli,zəkası,
Şərqin parlaq ulduzu Şeyx Nizami.

Dünyavi əsərlər dillər əzbəri,
Leyli, Məcnunu,İsgəndərnaməsi,
Xosrovla,Şirini dünya incisi
Şərqin parlaq ulduzu Şeyx Nizami.

Şeirlə vəsf edib öz kimliyini,
Nəslini,soyunu öz türklüyünü.
O hikmət dənizi elim sahibi,
Şərqin parlaq ulduzu Şeyx Nizami.

Dünyanın mötəbər ali insanı,
Qeyd edir səkkiz yüz səksən ilini.
Qəlblərdə yaşayır şairin, adı,
Şərqin parlaq ulduzu Şeyx Nizami

06.02.2021

Share: