Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Cari ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10812 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.

 

Müstəqil.Az

Share: