Bakıda yol qəzası – ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Müstəqil.Az -ın məlumatına görə, hadisə “20 Yanvar” Metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, şəxsi avtomobilinə minmək istəyən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub. Nəticədə 42 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az 

Share: