“Biz Qarabağ müharibəsinin təcrübəsini diqqətlə öyrənmişik…”

Ukraynanın şərqində Kiyevin tezliklə Donbassa hücuma keçəcəyi və bu zaman Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini tətbiq edəcəyi haqda təşviş hökm sürdüyü bir vaxtda  Donetsk separatçılarının lideri “yeni ərazilər tutmaq” planları haqda danışıb. Üstəlik o, Ukraynaya qarşı Dağlıq Qarabağdakı hərbi əməliyyatların təcrübəsini tətbiq edəcəklərini deyir.

“DNR” başçısı Denis Puşilin bildirib ki, o tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağdakı döyüş əməliyyatlarının təcrübəsini diqqətlə öyrənib. Və orada olduğu kimi “donets xalq respublikası” da “öz ərazilərini” geri qaytarmaq istəyir. Puşilinin fikrincə “DNR”-in indiki sərhədləri onun malik olduğu ərazilərlə üst-üstə düşmür və hərbi əməliyyatlar başlasa onlar hücuma keçib yeni ərazilər tutacaqlar.

 

“Biz Dağlıq Qarabağdakı döyüş əməliyyatlarının təcrübəsini öz tərəfdaşlarımızla birlikdə diqqətlə öyrənmişik. Əgər Ukrayna qırmızı xətti keçsə biz dayanan deyilik”,-o bildirib.

Qeyd edək ki, Ukrayna ordusu təmas xəttinə on minlərlə canlı qüvvə və minlərlə hərbi texnika cəmləşdirib. Ukrayna ordusunun yaxın günlərdə separatçı bölgələrə hücuma keçəcəyi haqda xəbərlər var. Separatçıları isə təşvişə salan həm də budur ki, Ukrayna da “Bayraktar TB2” pilotsuz təyyarələri ilə silahlanıb…

Müstəqil.Az 

Share: