Rusiyanın paytaxtında anqar yanıb

Moskvanın şimalında yerləşən anqarda yanğın baş verib.

Müstəqil.Az xəbər verir ki, hadisə Zorge küçəsi, 1 ünvanında qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, alov anqarın içərisində yaranıb və təxminən 60 kvadratmetr ərazini əhatə edib.

Xəsarət alanların olub-olmaması barədə məlumat açıqlanmayıb.

Moskvanın Nəqliyyat Departamentindən isə bildirilib ki, hadisə ilə əlaqədar anqarın yerləşdiyi ərazidən keçən magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Müstəqil.Az

Share: