Bir yaşlı uşağın ürəyində unikal əməliyyat

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürәk Mәrkәzindә çox nadir rast gәlinәn ürәk qüsuru olan pasiyent uğurla əməliyyat olunub.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, İki Qövslü Aorta diaqnozu ilә daxil olmuş, 1.5 yaşlı Mәmmәdov Ömәr üzәrindә əməliyyatı ürək-damar cərrahı, tibb ezrə elmlər doktoru Rəşad Mahmudov icra edib.

Məlumatda bildirilib ki, bu ürək qüsurunun rastgәlmә tezliyi dünya üzrә 0.7- 1% tәşkil edir. Əməliyyat edilmiş bu xәstәdә olduğu kimi, belə xәstәlәrin әsas şikayәtlәri tez-tez yuxarı tәnәffüs yollarının infeksiyasına yoluxma, traxeyanın sıxılması nәticәsindә stridoroz tәnәffüs, qida borusu sıxıldığı üçün sәrt qida qәbul edә bilmәmәkdir.

1.5 yaşına qədər normal qidalanması mümkün olmayan və çox zaman nazoqastral zond vasitəsilə qidalanan və tez-tez ağciyər infeksiyaları ilə uzunmüddətli xəstəxanalarda yatmağa məcbur qalan bu uşaqda əməliyyatın unikallığı həm aort damarı üzərində olan cərrahi ilə birlikdə, eləcə də qida borusu və tənəffüs yollarının rekonstruktiv prosedurları tətbiq olunub. Əməliyyat dünyada qəbul olunan qısa müddətdə, erkən bir şəkildə aparatdan ayrılması ilə öz unikallığını qoruyur. Әmәliyyatdan 1 saat sonra xәstә ekstubasiya olunub, ertәsi gün isә palataya köçürülüb. Hazırda uşağın qidalanması və tənəffüs almasında var olan problemlər tamamilə ortadan qalxmış vəziyyətdədir. Uşaq problemsiz şəkildə evə yazılıb.

Share: