Güllələnmə və “ölüm furqonları”ında zəhərli iynə: hər il minlərlə edam…

Beynəlxalq insan haqları təşkilatlarının məlumatlarına görə Çin dünyada edamların sayına görə birinci yeri tutur. Ölkədə nə qədər edam cəzasının yerinə yetirildiyi məxfidir, amma ehtimal edilir ki, söhbət ildə minlərlə adamdan gedir.

Müstəqil.Az  xəbər verir ki, “The Sun” qəzeti Çində edamların necə yerinə yetirildiyi barədə bəzi təfərrüatları dərc edib. Bildirilir ki, bu ölkə edam məqsədi ilə güllələnmədən və xüsusi “ölüm furqonları”ında zəhərli iynə vurmaqdan istifadə edir.

Çində edamlar bu yaxınlarda iri dövlət bankının rəhbəri Lay Syaominin ölüm cəzasına məhkum edilməsindən sonra yenidən gündəmə gəlib. Dövlət aktivlərinin 58 yaşlı keçmiş idarəçisi 2008-2018-ci illərdə 300 milyon dollardan çox rüşvət almaqda, habelə çoxsaylı məşuqələr saxlamaqda ittiham edilib. Və barəsində ölüm hökmü çıxarılıb.

Lay Syaominin necə edam edildiyi açıqlanmayıb, amma güllələnmə və ölümcül inyeksiya Çində ən geniş yayılmış edam növləridir. Məhkumu zəhərli iynə ilə öldürmək 1990-cı illərdə leqallaşdırılıb və dövlətin mobil “edam furqonlarında” yerinə yetirilir. Belə ki, məhkumu zahirən mülki avtomobildən fərqlənməyən furqona mindirirlər və yolda onu xüsusi stola bağlayıb ölümcül iynəni vururlar. Ölümə məhkum edilənlərin daxili orqanları onların yaxınlarının icazəsi olmadan götürülə bilər.

Çin hakimiyyəti ölümə məhkum edilənlərin güllələnməsini 2010-cu ildə dayandırmalı idi, amma insan haqları müdafiəçiləri bu praktikanın hələ də tətbiq edildiyini bildirirlər. Lakin ölümcül inyeksiya Çində əsas edam formasıdır, çünki ucuz başa gəlir və məxfiliyi qorumaq mümkün olur, mobil “ölüm furqonları” məhkumu həbsxanaya aparmadan yolda edam etməyə imkan verir.

 

Çin hakimiyyəti bir çox cinayətlərə, məsələn, narkotiklərlə bağlı cinayətlərə, korrupsiya əməllərinə görə də ölüm hökmü tətbiq edir. Hansı ki, beynəlxalq normalara görə bunlar “xüsusilə ağır cinayətlər” hesab edilmir.

Çin habelə koronavirusa görə ölüm cəzası tətbiq edən yeganə ölkədir. Bu ölkədə 2020-ci ildə qəbul edilmiş qanuna görə koronavirusun simptomlarının bilərəkdən gizlədilməsinə görə 10 ilə qədər həbs və ya ölüm cəzası tətbiq edilə bilər. Həmin qanun əsasında ötən il Ma Tszinqo adlı şəxs nəzarət-buraxılış məntəqələrindən birində iki hökumət məmurunu virusa yoluxdurub onların ölümünə səbəb olduğu üçün barəsində ölüm hökmü çıxarılıb.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ