Qəza baş verən prospektdə hərəkət qismən bərpa olundu

Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili kənara çəkilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.

X X X

Heydər Əliyev prospektində köməkçi yolda hərəkət tam olaraq dayanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bütün ekspress və müntəzəm xətt avtobusları hazırda şəhər istiqamətində hərəkət edə bilmir.

Səbəb şəhər istiqamətində köməkçi yolda yol nəqliyyat hadisəsi baş verib.

Müstəqil.Az

Share: