Nikol Paşinyanı tənqid edən yüksək vəzifəlilər işdən çıxarılıblar

Ermənistanın Yüksək Gərginlik Elektrik Şəbəkəsi şirkətinin yüksək vəzifəli 3 əməkdaşı baş nazir Nikol Paşinyanı feysbukda tənqid etdiyi üçün işdən azad edilib.

Bu məlumatı Ermənistanda çıxan “Hraparak” qəzeti yayıb.

Şirkətin direktoru Qor Martirosyan, baş direktorun müavini Vaqe Martirosyan və hüquq məsləhətçisi Qorq Virabyan işdən çıxarılıblar. Q.Virabyan məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Müstəqil.Az

Share: