Amerika alimlərinin xəbərdarlığı: koronavirus 8 dəfə təhlükəli oldu!

ABŞ-ın Nyu-York Universitetinin alimləri, Nyu-Yorkdakı Gen Mərkəzi və Maunt-Sinay tibb mərkəzi təsdiq edirlər ki, koronavirusun Britaniya, Cənubi Afrika və Braziliya ştammları səkkiz dəfə daha çox yoluxucudur. Mütəxəssislərin məqaləsi eLife jurnalında dərc olunub.

Koronavirusun son aylar dünyada yayılan yeni mutasiyalarının daha sürətlə yoluxduğu məlum idi, lakin bunun 8 dəfə çox sürətlə yayıldığı ilk dəfə açıqlanır.

Bildirilir ki, virusun D614G kodlu mutasiyası 2020-ci ilin əvvəllərində meydana çıxıb və hazırda ABŞ-da koronavirusun ən çox yayılmış dominant versiyasıdır. Bu mutasiya hüceyrədən hüceyrəyə keçmək sürətini virusun əsas variantı ilə müqayisədə səkkiz dəfə daha sürətli həyata keçirir.

Alimlər hesab edirlər ki, koronavirusa qarşı mövcud vaksinlər bu mutasiyadan da qoruya bilər, hərçənd buna əmin olmaq üçün əlavə araşdırmalar aparılmalıdır.

Müstəqil.Az

Share: