Suqovuşanda mina partladı

İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

Müstəqil.Az- ın məlumatına görə, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ