“Məğlubiyyət qaçılmaz oldu…”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkədə hakimiyyət dəyişikliyinə səbəb olan 2018-ci il hadisələrini “anti-Qarabağ hərəkatı” adlandırıb. Sarkisyan bu barədə Armnews TV-yə müsahibəsində deyib.

“2018-ci ilin yazında baş verənlər mahiyyət etibarilə Qarabağ əleyhinə bir hərəkat idi”, – deyən keçmiş prezidentin sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti Qarabağ məsələsində əvvəlki “nailiyyətlərindən” imtina etdikdə və danışıqlar prosesinin tarixini Azərbaycan Prezidentindən öyrənməyə başlayanda müharibə və məğlubiyyətin qaçılmaz olduğu ona aydın olub.

Sarkisyan Paşinyanın onun layihəsi olması ilə bağlı iddiaları da rədd edib: “Düşmənə də belə bir layihə arzulamazdım. Düşünürsünüz ki, özümə görə belə bir cəfəngiyatın üzərinə boya çəkərəm?”.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ