Qadın da vətən kimidir Sevəni var, Satanı var, Atanı var,

Qadın da vətən kimidir
Sevəni var,
Satanı var,
Atanı var,
Aldadıb baş qatanı var.
Qadın da vətən kimidir
Əkəni var,
Biçəni var,
Köçəni var,
Tapdalayıb keçəni var.
Qadın da vətən kimidir
Bir tərəfi ölümdü-itimdir,
Sahibi olmasa yetimdir.
****
Bu gün
atıb hər şeyi
çıxıb gedəcəkdim
bir sınıq ümidin dalınca.
Çıxıb gedəcəkdim
ona,
sənə,
hamıya.
Gedəcəkdim
və cəhd edəcəkdim.
Getmədim…
Share: