“Fənərbaxça” səfərdə, “Trabzonspor” evdə qələbə qazanıb

Türkiyə Super Liqasında XXV tur davam edir.

Müstəqil.Az-ın məlumatına görə, turun ikinci günündə üç oyun keçirilib.

“Kayserispor” öz meydanında “Ankaragücü”nün müqavimətini qıra bilməyib. Cari mövsüm yüksək hədəflər uğrunda mübarizə aparan “Trabzonspor” evdə “Qaziantep” üzərində çətin qələbə qazanıb.

“Fənərbaxça” “Fatih Karagümrük”ün qonağı olub. İstanbul təmsilçisi qalib gələrək zirvəni ələ keçirib.

Qeyd edək ki, tura fevralın 15-də yekun vurulacaq. //APA

Türkiyə Super Liqası
XXV tur
13 fevral
“Kayserispor” – “Ankaragücü” – 0:0
“Trabzonspor” – “Qaziantep” – 1:0

Bakasetas, 67
“Fatih Karagümrük” – “Fənərbaxça” – 1:2
Borini, 67 – Tiam, 19, Valensiya, 53

1 Fenərbaxça 24 16 3 5 47-26 51
2 Qalatasaray 23 15 3 5 47-18 48
3 Beşiktaş 23 15 3 5 50-26 48
4 Trabzonspor 24 13 6 5 31-24 45
5 Alanyaspor 23 12 5 6 40-23 41
6 Hatayspor 23 11 5 7 39-29 38
7 Qaziantep 24 10 8 6 38-29 38
8 Fatih Karagümrük 24 10 7 7 36-31 37
9 Antalyaspor 23 7 10 6 23-28 31
10 Yeni Malatyaspor 23 7 8 8 29-30 29
11 Sivasspor 23 6 10 7 26-29 28
12 Göztəpə 23 6 8 9 32-30 26
13 Kasımpaşa 23 7 5 11 25-36 26
14 Rizəspor 24 6 8 10 29-41 26
15 Ərzurum BB 24 6 7 11 23-36 25
16 Kayserispor 24 6 7 11 17-28 25
17 Konyaspor 22 6 6 10 27-28 24
18 Başakşəhər 23 6 6 11 27-41 24
19 Gənclərbirliyi 22 5 5 12 20-41 20
20 Ankaragücü 23 5 4 14 26-39 19
21 Dənizlispor 23 4 6 13 22-41 18

 

Müstəqil.Az

Share: