Məryəm Sadiq Əl-Mehdi Sudanın ilk qadın xarici işlər naziri oldu

2019-cu ildə Ömər əl-Bəşir rejimini tənqid etdiyinə görə həbs edilən və sonradan siyasi fəaliyyətini davam etdirən Məryəm Sadiq Əl-Mehdi Sudanın yeni hökumətində xarici işlər naziri postuna təyin edilib.

Müstəqil.Az  xəbər verir ki, Sudanın ilk qadın naziri Ümmə partiyasının liderlərindən biridir. Onun atası Mehdi Əl-Sadiq isə üç dəfə ölkənin Baş naziri olub. Məryəm Sadiq Xartumda keçirdiyi ilk mətbuat konfransında Şimali Afrika və Yaxın Şərq ölkələri ilə əməkdaşlığın inkişaf etdiriləcəyini deyib. O, Efiopiya, Misir və Sudan arasında Nil çayı üzərindəki bəndlə əlaqəli mübahisənin həlli, Liviyada sülhə və sabitliyə nail olunması, habelə qonşu Afrika ölkələrində silahlı münaqişələrə son qoyulmasının xarici siyasətin prioritet istiqamətləri olacağını əlavə edib.

Müstəqil.Az

 

Share: