Cəbrayıldakı DƏHŞƏTLƏR: ermənilər ölülərin qızıl dişlərini götürmək üçün…

Mən dünyanın indiyə qədər bir çox münaqişə zonasında olmuşam. Bunlardan ən dəhşətlilərindən biri Qarabağdır. Burada ermənilər ağlasığmaz vəhşiliklər törədib.

Bunu məşhur azərbaycanlı fotoqraf Reza Deqati fevralın 6-ı diplomatik korpusların ölkəmizə akkreditə olunmuş nümayəndələrinin və hərbi attaşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı danışıb.

O, Cəbrayıl şəhəri yaxınlığında yerləşən qəbiristanlığın dağıntılarıdan bəhs edib: “Mən 90-cı illərin əvvəllərində də burada olmuşam. İndiki vəziyyətlə əvvəlki arasında böyük fərq var. Ermənilər buranı vəhşicəsinə dağıdıblar. Onlar ölülərin qızıl dişlərini götürmək üçün kəllə sümüklərini xüsusi maşınla qazaraq çıxarıblar”.

Məşhur fotoqraf əlavə edib ki, Britaniya şirkətləri Füzuli və Cəbrayılın enerji layihələrinin iştirakında maraqlıdırlar.

R.Deqati daha sonra qonaqlara Cəbrayılın şəhər xarabalığını göstərərək ermənilərin hansı vəhşilikləri törətdiyindən detallı şəkildə danışıb.

R.Deqatinin Cəbrayıl şəhər Mədəniyyət Evinin dağıntıları qarşısında şəhərin müharibədən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoları nümayiş olunub.

Daha sonra Mədəniyyət Evinin dağıntıları arasında canlı skripka performansı nümayiş edilib.(Publika.az)

Share: