ÜST-dən vaksinlərlə bağlı narahatlıq

Vaksinlərin koronavirusun yeni ştammına qarşı effektivliyi məsələsi narahatlıq doğurur.

 

Müstəqil.az TASS-a istinadla xəbər verir ki, bunu Fransanın AFP agentliyinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüqe bildirib.

 

Klüqe vaksinin koronavirusun yeni variantına qarşı effektivliyi ilə bağlı suala cavabında bu məsələnin böyük narahatlıq doğurduğunu qeyd edib.

 

O, həmçinin bildirib ki, koronavirusun digər, daha problemli mutasiyalarının peyda olacağı istisna edilmir.

 

Onun sözlərinə görə, Avropa birgə səylərlə peyvənd kampaniyasını sürətləndirməlidir.

 

“Biz prosesi sürətləndirmək üçün birləşməliyik. Adətən bir-biri ilə rəqabət aparan əczaçılıq şirkətləri istehsal güclərini birlikdə xeyli artırmalıdırlar. İndi bu, bizim üçün çox vacibdir”, – deyə Klüqe vurğulayıb.(Modern.az)

Share: