Məhkəmədən Makrona cərimə cəzası verilib

Fransanın paytaxtı Parisdə bir məhkəmə ölkə prezidenti Emmanuel Makronu və hökuməti qlobal istiləşmə və iqlim problemləri səbəbindən üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyinə görə təqsirli hesab edib.

Müstəqil.Az-ın məlumatına görə, məhkəmə prosesi təxminən iki il əvvəl – 2019-cu ilin martında başlayıb. İddiaçı tərəf isə bir çox qeyri-hökumət təşkilatı və iqlim aktivistləridir.

Məhkəmə Makrona və hökumətinə lazımi səy göstərmədiyinə görə 1 avro cərimə cəzası tətbiq edib.

Müstəqil.Az

Share: