Ermənilərin böyük köçü başladı – Zöhrabyan

Bu, ermənilərin ən böyük miqrasiyası olacaq.

Müstəqil.Az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çiçəklənən Ermənistan Partiyasından olan deputat Naira Zöhrabyan paylaşıb.

Bu gündən Rusiyaya uçuşların bərpa olunduğunu deyən Zöhrabyan təyyarəyə bileti ala bilən ailələrin lotereya udmuş kimi sevindiklərini bildirib:

“Dünən Moskavaya birtərəfli uçuş biletlərinin qiyməti 700 dollara qalxıb. Moskvaya biletləri auksionda satmağa başlasalar, təəccüblənməyin. Təəssüf ki, bu, ermənilərin ən böyük miqrasiyası olacaq. Mən qidalanma ilə bağlı problemləri yaranan və türklərin (azərbaycanlılar nəzərdə tutulur – red.) sabah onun evinə girməyəcəyinə inanmayan erməniləri Ermənistanı tərk etdiklərinə görə ittiham etmək haqqına sahib deyiləm. Bu gün erməni ən çox öz vətənində müdafiəsizdir. Ən maraqlısı da odur ki, gedənlərin çoxu Nikolun seçiciləridir”.

Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında bu gündən aviaəlaqələr bərpa olunub.

İlkin METE XAN

Share: