Kolumbiyada iki sərnişin gəmisi toqquşub

Müstəqil.Az “Seanews.az”-a istinad edərək  xəbər verir ki, hadisə nəticəsində 7-si uşaq olmaqla 14 nəfər həyatını itirib. 36 sərnişin isə balıqçılar və sakinlər tərəfindən xilas edilib.

Qəzadan  sonra  bölgəyə təyyarələr və helikopterlər cəlb olunub. Onlar sahil müzafizə qüvvələrinin axtarış və xilasetmə fəaliyyətlərinə dəstək verirlər.

Gəmilərdə neçə nəfərin olduğu və toqquşma səbəbinə dair konkret məlumat yoxdur. Qəza ilə əlaqədar istintaq başladılıb.

Müstəqil.Az

Share: