Ərdoğan xalqa müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət növbəti iclasını keçirib.

 

Müstəqil.Az Modern.az-a istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iclasdan sonra ənənəvi olaraq Türkiyə xalqına müraciət edib.

 

İclasın gündəliyi və qəbul olunan qərarlar barədə məlumat verən dövlət başçısı əminliklə bildirib ki, kosmik sənaye, kənd təsərrüfatı, energetika, o cümlədən tikinti, infrastruktur və digər sahələrində görülən işlər bundan sonra da müəyyən edilmiş proqramlar üzrə davam edəcək. Hüquq başda olmaqla, bütün sahələr üzrə aparılan islahatlar qarşısıalınmaz prosesdir.

 

Yeni növ koronavirus (COVID-19) pandemiyasının dünyada yaratdığı problemlərdən bəhs edən Prezident bildirib ki, Türkiyə infeksiyaya qarşı mübarizədə tam şəkildə səfərbər olub.

 

O diqqətə çatdırıb ki, hökumətin qərarı ilə kənd məktəblərində əyani təhsil fevralın 15-dən başlayacaq. Səkkiz, on ikinci və ibtidai siniflər, eləcə də özəl məktəblərdə əyani təhsilin başlanması martın 1-nə planlaşdırılır. COVID-19 infeksiyasının təsbit edildiyi halda, əyani dərslərə yenidən ara verilə bilər.

Share: